Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirlik "X" hesabında məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Əfqanıstanda DƏHŞƏTLİ ZƏLZƏLƏ: 250 ölü, 500 yaralı var – VİDEO
"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin zamanda Əfqanıstan xalqının yanındayıq" - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Əfqanıstanın Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında 6 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində 622 nəfər həlak olub, 1 500-dən çox insan yaralanıb.
Bizim.Media