Azərbaycan “ŞƏT-in tərəfdaş dövləti” statusunu ALACAQ

Hazırda oxunan: Azərbaycan “ŞƏT-in tərəfdaş dövləti” statusunu ALACAQ

268094

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər “müşahidəçi” və “dialoq üzrə tərəfdaş” statuslarını birləşdirərək yeni “ŞƏT tərəfdaşı” statusunu təsis ediblər.

Bizim.Media xəbər verir ki, bu qərar 1 sentyabrda Tiencində keçirilən dövlət başçılarının Şurasının iclasının yekununda qəbul edilən Tiencin Bəyannaməsində əksini tapıb.

Üzv dövlətlər, həmçinin, Çinin 2024–2025-ci illərdə ŞƏT-dəki sədrliyinin nəticələrini yüksək qiymətləndiriblər.

Onların sözlərinə görə, bu, təşkilata üzv xalqlar arasında qarşılıqlı anlayışın, etimadın, dostluğun və əməkdaşlığın dərinləşməsinə, eləcə də təşkilatın nüfuzunun güclənməsinə xidmət edib.
 

Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ŞƏT-də müşahidəçi ölkə statusunun alınması üçün müraciət edib. Hazırda ölkəmiz təşkilatda dialoq üzrə tərəfdaş qismində çıxış edir.


Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Onun tərkibinə Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan və Belarus daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin