“İrəli, Qarabağ!” - İsrailin yeni səfiri – FOTO

Hazırda oxunan: “İrəli, Qarabağ!” - İsrailin yeni səfiri – FOTO

267421

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Krausz “Qarabağ”ı Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə bağlı təbrik edib.

Bizim.Media xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.

Oyunu stadionda izləyən R.Krausz bildirib:

“Tofiq Bəhramov adına Respublika Stadionunda oyunu izləmək və 30 min Qarabağ azarkeşi ilə bu möhtəşəm nailiyyəti birgə qeyd etmək mənim üçün böyük sevinc idi. Çempionlar Liqasının qrup mərhələsində start götürərkən sizə uğurlar arzulayıram. İrəli, Qarabağ! İrəli, Azərbaycan!”

Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə əsasən "Ferensvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdırmaqla UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, İsrailin ölkəmizə yeni təyin olunmuş səfiri R.Krausz ötən ay Azərbaycana gəlib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin