Tramp Rusiyanın həssas nöqtəsini TAPDI – “Bu sahə hədəf alınacaq”

Hazırda oxunan: Tramp Rusiyanın həssas nöqtəsini TAPDI – “Bu sahə hədəf alınacaq”

266933

ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında Alyaskada baş tutan görüşdən sonra Kiyevlə Moskva arasında ən yüksək səviyyədə danışıqların baş tutacağına olan ümidlər artıq puç olub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son günlər bu istiqamətdə mütəmadi olaraq verdiyi açıqlamalar Kremlin Zelenski Putin görüşündə maraqlı olmadığını bir daha ortaya qoydu.
 

MÖVZU İLƏ BAĞLI:

Trampdan dünyanı qorxuya salan BƏYANAT – NATO hücum hazırlıqlarına BAŞLADI


Rusiyanın danışıqlardan qaçması fonunda ABŞ Prezidenti növbəti dəfə Moskvaya 2 həftəlik möhlət verdi.  

Qeyd edək ki, bundan əvvəl Tramp Rusiyaya Ukrayna ilə danışıqlara gəlməsi üçün əvvəlcə 50 günlük möhlət verdi. Sonra isə həmin müddəti 12 günə endirdi. Nəhayət avqustun 15-də Alyaskada Trampla Putin arasında görüş baş tutdu. Hansı ki, görüşdən sonra Tramp bəyan etdi ki, 2 həftə ərzində Zelenski ilə Putin görüşəcəklər. Lakin bir müddət sonra Kreml rəsmiləri belə bir görüşün olacağını inkar etdilər. Bu əsasda da Tramp Rusiyaya növbəti 2 həftəlik möhlət qoyub.

Möhlətin bitməsi fonunda nəticə əldə edilməsə, Rusiyaya qarşı görəsən hansısa konkret addımlar atılacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılov bildirir ki, Trampın Rusiyaya 2 həftəlik möhlət verməsi proseslərin dinamikasını daha da maraqlı edir:

“Bu, ilk növbədə, Vaşinqtonun Moskva ilə dialoqun uzanmasını qəbul etmədiyini göstərir. Möhlət mexanizmi əslində diplomatik masada üstünlük əldə etmək vasitəsidir. ABŞ tərəfi bu yolla Rusiyanı seçim qarşısında qoymaq istəyir. İkinci mühüm məqam isə ondan ibarətdir ki, belə açıqlamalar beynəlxalq gündəmi formalaşdırır və digər tərəfləri də mövqeləri müəyyənləşdirməyə vadar edir”.

Trampın əsas məqsədi

Politoloq qeyd edir ki, Rusiya adətən vaxt udmaq taktikasına üstünlük verdiyindən, ABŞ-ın konkret müddət qoyması Moskvanın bu taktikasını məhdudlaşdırmaq cəhdidir:

“Trampın bu möhlət siyasəti daha çox taktiki xarakter daşıyır. Strateji planda isə məqsəd Rusiyanı uzunmüddətli masada saxlamaqdır. Yəni proses daha çox “təzyiq və dialoq” balansı əsasında davam edəcək. Əgər möhlət bitdikdən sonra müəyyən iqtisadi və ya diplomatik addımlar atılarsa, bu, prosesə təkan verə bilər. Əks halda, dialoq eyni formatda davam edəcək. ABŞ üçün əsas prioritet Rusiyanı təcrid vəziyyətinə salmaq deyil, onu masada daha konkret mövqeyə gətirməkdir”.

Rusiyanın həssas nöqtəsi

T. İsmayılov düşünür ki, möhlət bitdikdən sonra Vaşinqtonun Rusiyaya münasibətdə atacağı ilk addımlar onun enerji bazarına və maliyyə sektoruna təsir göstərmək istiqamətində olacaq:

“Çünki bu sahələr həm Rusiyanın, həm də qlobal iqtisadiyyatın həssas nöqtəsidir. Eyni zamanda, diplomatik kanallar açıq saxlanacaq. Bu, tərəflərin tam qarşıdurmaya getməsinin qarşısını alacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin