Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandakı erməni əsirlərin cinayət təqibinə qarışmaqdan çəkinir.
Bizim.Media xəbər verir ki, bu barədə AİHM-in Ermənistandakı nümayəndəliyinin bəyanatında deyilir.
"Ermənistan nümayəndəliyinin ofisi bu şəxslərə qarşı cinayət təqibinin dayandırılması, sərbəst buraxılması və ya hüquqlarının təmin edilməsi tələbləri ilə dəfələrlə AİHM-ə müraciət edib. Lakin AİHM “yalnız müvəqqəti tədbir tətbiq edə bilərik” anonsunu verib”, deyə mesajda bildirilir.
Ermənistanın AİHM-dəki nümayəndəliyinin ofisi, eyni zamanda vəkillər və Ermənistanın Vəkillər Palatası ilə əməkdaşlığa hazır olduğunu bildirib:
“Ancaq vəkillər fəaliyyətə başlamazdan əvvəl bütün tədbirləri müzakirə edib bizimlə razılaşdırmalıdırlar”.
Xatırladaq ki, iyunun 24-də Ermənistanın Vəkillər Palatası Azərbaycanda olan erməni hərbi əsirlərə hüquqi yardım göstərməyə hazır olduqları barədə bəyanat yayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:12 / 28.06.2021
Avropa İnsan Haqları Məhkəməsindən İrəvana sərt CAVAB: \"Əsirlər məsələsinə qarışmırıq\"
Hazırda oxunan: Avropa İnsan Haqları Məhkəməsindən İrəvana sərt CAVAB: \"Əsirlər məsələsinə qarışmırıq\"
Hazırda oxunan: Avropa İnsan Haqları Məhkəməsindən İrəvana sərt CAVAB: \"Əsirlər məsələsinə qarışmırıq\"
26580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.