Pənah Hüseyn Ermənistandakı seçkilərin 5 məqamını AÇIQLADI 

Hazırda oxunan: Pənah Hüseyn Ermənistandakı seçkilərin 5 məqamını AÇIQLADI 

26556

“Ermənistan əhalisi müharibənin əleyhinə səs verdi. Məlum oldu ki. Onlar savaş istəmirlər. Bu bir...”- deyən, eks baş nazir Pənah Hüseyn Ermənistandakı növbədənkənar parlament seçkilərinin Paşinyanın lehinə yekunlaşmasının ikinci səbəbindən də danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda seçkilərin 10 MARAQLI halı – NƏ BAŞ VERİR?


Bizim.Media xəbər verir ki, Pənah Hüseyn canlı yayımların birində Ermənistanda keçirilən parlament seçkilərinə daha 4 sözardı əlavə edib: 

“Paşinyanın seçilməsində ikinci səbəb odur ki, ermənilər 44 günlük savaşın reallığını və bundan sonra yaranmış vəziyyəti qəbul ediblər. Üçüncüsü, baxmayaraq ki, Paşinyan məğlub olmuşdu ermənilər Nikolun “sülh erası başlayır” proqramına səs verdilər. Dörd – Qarabağ klanının Ermənistanda hakmiyyətə gəlmək məsələsinin üstündən xətt çəkildi. 

Nəhayət, 5-ci maraqlı məsələni də qeyd edim ki, Ermənistanda rusiyameyilli siyasətə də səs verilmədi. Amma unutmayaq ki, Paşinyanın qələbə qazanmasına Rusiya mane olmurdu. 

Kreml mane olmaq istəsəydi, fərqli nəticələr ola bilərdi”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin