Biri general-leytenant, ikisi general-mayor oldu - Onlar kimlərdir? – FOTO

Hazırda oxunan: Biri general-leytenant, ikisi general-mayor oldu - Onlar kimlərdir? – FOTO

265542

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin üç hərbi qulluqçusuna ali hərbi rütbələr verilib. General-mayor Babək Vahid oğlu Qurbanov general-leytenant, polkovniklər Ceyhun Həsən oğlu Nəbiyev və Azər Əliyusif oğlu Şirinov isə general-mayor rütbəsi ilə təltif edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, general rütbəsinə yüksələn Azər Şirinov İkinci Qarabağ Müharibəsindən sonra Laçın Sərhəd Buraxılış Məntəqəsində sərhədçilərin rəisi olub.
 

MÖVZU İLƏ BAĞLI

DSX-nin hərbçilərinə ali hərbi rütbələr verildi – SƏRƏNCAM


Azər Şirinov Vətən Müharibəsindən sonra müxtəlif orden və medallarla təltif olunub.

Hazırda isə DSX-də idarə rəisidir.

General-leytenant rütbəsi verilən Babək Qurbanov isə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri vəzifəsində çalışır. B.Qurbanov İkinci Qarabağ Müharibəsindən sonra general olmuşdu.


O, Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Ceyhun Nəbiyev isə Vətən Müharibəsində iştirak edən DSX-nin zabitlərindəndir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin