Prezidentin kitablarının məktəblilərə məcburi satışı başlandı- Rəzalət...

Hazırda oxunan: Prezidentin kitablarının məktəblilərə məcburi satışı başlandı- Rəzalət...

265008
xa0Türkmənistanda məktəblilərin prezident Qurbanqulu Berdımuhəmmədovun kitablarını almağa məcbur edilməsi haqda xəbərlər yayılıb.xa0

Moderator.az-ın "Azadlıq" radiosunun türkmən redaksiyasına istinadla verdiyi xəbərə görə, ötən həftə Aşqabadda 12, 48, 50, 54 və 160 saylı orta məktəblərinxa0 yaz tətilində olan 10-11-ci sinif şagirdləri məktəbə çağrılıb və onlara təcili olaraqxa0 ölkə başçısının müəllifi olduğu kitablardan almalı olduqları deyilib. Üstəlik, şagirdlər bu kitabları özlərinə yox, məktəbdə təşkil olunan prezident kitabları guşəsinə hədiyyə kimi almalıdırlar. Belə ki, 1 mayda məktəblərdə Türkəmistan prezidentinin kitablarından ibarət daimi sərgi açılacaq.xa0

Sərgidə daimi olaraq nümayiş etdiriləcək kitabları valideynlərin hesabına almaq istəyən məktəb rəhbərliyi jurnalistlərin tələbin onlara konkret kim tərəfindən qoyulması haqda sualına cavab verməyib.xa0

Türkmənistan liderinin hər kitabı 400 türkmən manatıdır, yəni təxminən 115 dollar. Bu isə əksər türkmən ailələri üçün böyük məbləğdir. Buna görə də valideynlər məktəb rəhbərliyinə etiraz ediblər. Bəzi məktəb rəhbərləri məcbur olaraq qərarı yumşaldaraq bir kitabı iki şagirdin almasını tövsiyə ediblər. Tələb 1 maya qədər yerinə yetirilməlidir.xa0

Qeyd edilir ki,xa0 2006-cı ildənxa0 Türkmənistan prezdienti olan Q. Berdımuhəmmədovxa0 guya 54 kitab müəllifidir...

P.S. Yaxşı ki, Azərbaycanda belə şeylər olmur...xa0xa0

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin