Ərdoğan Vaşinqton görüşündən DANIŞDI: "Tarixi addımdır" - VİDEO

Hazırda oxunan: Ərdoğan Vaşinqton görüşündən DANIŞDI: "Tarixi addımdır" - VİDEO

264671

“ABŞ-da Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma davamlı sülhə gedən yolda tarixi bir addımdır.”

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı apardığını qeyd edib:
 

“30 illik işğaldan sonra Qarabağın azadlığına qovuşması ilə bölgəmizdə yeni mərhələ başlamışdı. 8 avqustda Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhə gedən yolda tarixi bir addımdır.


Azərbaycana qarşı sanksiyaların qüvvədən düşməsi də sevindiricidir.

Türkiyə olaraq Azərbaycanın yanında olacağıq”.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı apardığını xatırladıb və telefon danışığında bölgədəki kommunikasiyaların açılması, Türkiyə-Ermənistan sərhədinin hansı şərtlər daxilində açılacağını müzakirə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin