“Rövşən Cavadov dedi ki, Qobl planının əleyhinə olduğumuzdan bizi məhv etmək istəyirlər...”

Hazırda oxunan: “Rövşən Cavadov dedi ki, Qobl planının əleyhinə olduğumuzdan bizi məhv etmək istəyirlər...”

263206
xa0Xalqımız və dövlətçiliyimiz üçünxa0 çox həlledici, həm də ziddiyyətli, kritik bir mərhələyə təsadüf etmiş 1995-ci il Mart olaylarından artıq 24 il ötür. Müstəqilliyimizin bərpası ərəfəsindəki və sonrakı bir sıra hadisələr kimi,xa0 QARDAŞ QIRĞINIYLA nəticələnmiş həmin olayların da hələ dəxa0 bir çox qaranlıq, sirli məqamları açıqlanmayıb...

“Hələ bu günədək bəndənizə tam aydın deyil: “Necə oldu ki, 1993-cü ilin iyununda, ölkənin vətəndaş müharibəsinə hamilə olduğu, hər bir siyasi lider üçün qorxulu, gərgin günlərdə o zaman Naxçıvan Muxtar Respublikası Alixa0 Sovetinin sədri olan mərhum Prezident Heydər Əliyevin mühafizəsini təşkil edərək Bakıya- düz Prezident Aparatınadək gəlməsinə şərait yaratmış, bizlərə verdiyixa0 müsahibə və çıxışlarında daim Qarabağı işğaldan azad etmək üçün xalqı və gəncləri Heydər Əliyev ətrafında sıx birləşməyə çağıran Daxili İşlər nazirinin müavini, torpaqlarımızın müdafiəsi və azad edilməsi uğrunda ən gərgin döyüşlərin iştirakçısı olmuş, qəzet və kitablarda ermənilərin başına külli miqdarda pul qoyması barədə yazılan “OMON” komandiri olan şəxs və ona sadiq onlarla döyüşçü iki il ötməmişxa0 ölkənin Prezidentinə, Ali Sovet sədrinə qarşı çıxdı və sonda özü və ətrafındakılar dövlət çevrilişinə cəhddə ittiham olundular?”xa0 Halbuki, "OMON" komandiri və döyüşçülərinin potensialından torpaqlarımızın azad edilməsində yenə də kifayət qədər yararlanmaq olardı...

Düzdü, dövlət orqanları istintaq aparıb, cinayət işi açılıb, yüzlərlə hadisə iştirakçısı, bəndəniz də qarışıq şahidlər dindirilib, hökm verilib, cəzalarını çəkənlər çəkib və hələ də çəkənlər var, amma bu günədək içimizi gəmirən və cavabsız qalan suallarxa0 var... Məsələn, artıq beynəlxalq siyasi güclərin və medianın diqqətini cəlb etmiş Rövşən Cavadovun 1994-cü ilin oktyabrında “Nizami” metrosu yaxınlığındakı 16 mərtəbənin qarşısında avtomobilə minməmişdən ayaqüstü dediyi, yanında dayanmış 3-4 şəxs və digər bir neçə jurnalistləxa0 bərabərxa0 qulağımla eşitdiyim bir cümləsi məni daim düşündürür. Sabiq Daxili İşlər nazirinin müavini belə söylədi: “ Biz Amerikanın məşhur Qobl planının, yəni Şuşa və Laçının Mehrixa0 ilə dəyişdirilməsinin qəti əleyhinə olduğumuzdan bəzi xarici qüvvələr bizi məhv etmək istəyir...”xa0

***

“...Respublika Prokurorluğunun istintaq qrupuna iki gün ardıcıl verdiyim ifadələrdə, “OMON”çuların məhkəmələrində dəfələrlər şahid kimi çıxışlarımda Rövşən Cavadov və “OMON” döyüşçüləri barəsində çəkinmədən dediklərimin üstündə bu gün də dayanıram... Hansısa qərəzli, siyasi məqsədli fikir,xa0 mülahizə söyləməkdən uzağam, yalnız gözümlə görərək qulağımla eşitdiklərimi söyləmişəm və söyləyəcəm...”

xa01993-cü ildən Xudu Məmmədov adına xeyriyyə cəmiyyətinin təsisçiliyi ilə nəşr olunanxa0 “Təzadlar” qəzetinin müxbiri və başxa0 redaktor müavini olmuşxa0 əməkdaşımızın 1995-ci ilin qanlı Mart olayları ərəfəsində baş vermiş hadisə və proseslər barədə xatirə-yazısını tezliklə bütöv şəkildə Moderator.az-da oxuya bilərsiniz.

Saytımızı izləyin!

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin