Gövhər Baxşəliyeva İƏT Pİ-də Qarabağdan danışdı - FOTOLAR

Hazırda oxunan: Gövhər Baxşəliyeva İƏT Pİ-də Qarabağdan danışdı - FOTOLAR

263199

İƏT Pİ “Xocalı qırğını qurbanlarının xatirəsinin yad edilməsinə dair” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüz etməsinə dair” qətnamə qəbul etdi

Mərakeş Krallığının paytaxtı Rabatda İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) Konfransının 14-cü sessiyası başa çatıb.

Tədbirdə Azərbaycanı Milli Məclisin İƏT Pİ-dəki nümayəndə heyətinin rəhbərixa0Gövhər Baxşəliyeva, parlamentin əməkdaşıxa0Emin Məmmədovxa0təmsil ediblər.

Konfrans çərçivəsində “Xocalı qırğını qurbanlarının xatirəsinin yad edilməsinə dair” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüz etməsinə dair” qətnamə qəbul edilib.

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva sessiyada məruzə ilə çıxış edib, Ermənistan-Azərbaycanxa0 münaqişəsi və onun bu günədək həllini tapmaması haqqında ətraflı məlumat verib.

IET-13

O, üzv ölkələrin nümayəndə heyətlərinə Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə və qətnamə layihələrinin qəbul olunmasına səs verdiklərinə görə minnətdarlığını bildirib. (Etikxeber.az)

IET-14

IET-12

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin