İlham Əliyevin son mesajı SONRASI... Ermənistanı daha pis günlər gözləyir

Hazırda oxunan: İlham Əliyevin son mesajı SONRASI... Ermənistanı daha pis günlər gözləyir

26261

“Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur.”

Prezident İlham Əliyevin bu çıxışındakı bəzi gizli mesajlara aydınlıq gətirmək üçün politoloq Məhəmməd Əsədullazadə ilə dialoq qurduq.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistanla sülh sazişi olmasa, demək, sülh də yoxdur” - Prezidentdən MESAJ


Elə açıqlamasının ilk hissəsində Ermənistandakı seçkilərin bitdiyini və İrəvanın Bakı ilə sülh sazişi istiqamətində çalışmalı olduğunu vurğulayan politoloq əlavə etdi ki, bundan sonra Paşinyanın istənilən bəhanə ilə prosesdən yayınması regionda sülhün və təhlükəsizliyin təmin olunmamasına gətirəcək:

“Ermənistan tərəfi provokasiyaya əl atacaqsa, təbii ki, bu da İrəvanın əleyhinə işləyəcək. Ona görə də Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq edir: biz sülhə hazırıq, bu, regiona müsbət perpektivlər vəd edir. Amma Ermənistandan da konkret mövqe istəyirik. Təbii ki, bu, İrəvana mesajdır və Nikol Paşinyan mövzu ilə əlaqədar açıqlama verməlidir. Əgər Ermənistan tərəfi manipulyasiya edəcəksə, Azərbaycan dəmir yumruğu hazır saxlayıb və İrəvana ciddi şəkildə təzyiq göstərəcək”

Məhəmməd Əsədullazadənin sözlərinə görə, müharibədə qalib tərəf olan Azərbaycan Ermənistana barışıq əlini uzadır. Lakin erməni toplumunun bir qismi buna hazır deyil kimi görünür.

Digər tərəfdən seçkilərdə əhalinin böyük əksəriyyətinin Paşinyana səs verməsi isə əslində ermənilərin sabitlik istəklərilə izah olunur:

“Bu səbəbdən də Paşinyana ismarıc ünvanlandı ki, 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarında yer alan şərtlərin icra vaxtıdır. Və bundan sonra sülhün əldə olunması istiqamətində addımlar atılmalıdır. Azərbaycan rəsmi bəyanatını verib və top Ermənistanın qapısındadır. Paşinyan hökuməti də adekvat reaksiya verməsə, Ermənistan çətin durumla üzləşə bilər, onu daha pis günlər gözləyir”

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin