Sahibə Qafarova Parlament Sədrlərinin 6-cı Dünya Konfransında ümumi müzakirələrə sədrlik etdi - FOTO

Hazırda oxunan: Sahibə Qafarova Parlament Sədrlərinin 6-cı Dünya Konfransında ümumi müzakirələrə sədrlik etdi - FOTO

262510

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 30-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlament Sədrlərinin 6-cı Dünya Konfransının ikinci günündə ümumi müzakirələrə sədrlik edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, müzakirələrdə 30-a yaxın ölkənin parlament sədrləri çıxış ediblər.

Sonra müzakirələr Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Jao Lejinin sədrliyi ilə davam edib.
 

Qeyd edək ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransı Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində BMT və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilir.


Konfransda ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən 102 ölkənin parlament sədrləri, 38 ölkənin vitse-spikerləri, həmçinin Parlamentlərarası İttifaqın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin