Sarkisyanın TÜLKÜ SİYASƏTİ – Serj Paşinyanın əlinə necə oynayır?

Hazırda oxunan: Sarkisyanın TÜLKÜ SİYASƏTİ – Serj Paşinyanın əlinə necə oynayır?

26227

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan seçkilərdəki biabırçı məğlubiyyətinin ardından gündəmdə qalmaq üçün verdiyi açıqlamalarla diqqət çəkib. Məqsədinə qismən də olsa nail olan “Qarabağ klanı” mənsubu “BBC” kanalına verdiyi reportajda səsləndirdiyi fikirlərlə özünün Ermənistanın bugünkü vəziyyətə gəlməsində tamamilə günahsız olaraq göstərməyə çalışıb.

Seçkilərdən öncə də sərsəm bəyanatları ilə diqqət çəkən Serjin, hal-hazırda niyə bu cür açıqlamalar verməsi isə əsas müzakirə mövzusudur.

Reportaj zamanı eks-prezidentin toxunduğu ən diqqət çəkən məsələ isə, Qarabağ münaqişəsinin həlli ilə bağlı Sarkisyanın “sülhpərvər” fəaliyyətindən danışması olub. Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin fayda verə biləcəyinə inamın ən yüksək olduğu dövrdə, Levon Ter-Petrosyanı hakimiyyətdən devirənlərin başında gələn Serjin bu cür açıqlamaları onsuz da ciddi qarşılanmır. Lakin keçmiş Xocalı terroristinin bu cür fikirlərlə nəyə nail olmağa çalışdığı, həqiqətən də, maraq doğurur.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan GÜC nümayişi – Çəkic altında kimin başıdır?


Sarkisyanın strategiysını anlamaq üçün ilk öncə onun seçkilərdə tutduğu mövqeyə nəzər salmaq vacibdir.

“Mənim şərəfim var” blokunu yaradan, lakin namizədliyini irəli sürməkdən boyun qaçıran keçmiş prezident Artur Vanetsyanı mübarizəyə sürdü. Bu cür addımın atılmasının əsas səbəbi isə, Sarkisyanın, bəlkə də, ölkədə ən mənfi obraza malik siyasi fiqur olaraq görülməsindən qaynaqlanırdı. Təbii ki, belə olan halda hakimiyyət uğrunda rəqabətə ön cəbhədə qatılması, onun uğursuzluğunu elə ilk gündən təmin edəcəkdi.

Bütün bunlara baxmayaraq, seçki kampaniyası dövründə erməni xalqını şərəfi olduğuna inandırmaq üçün aparılan əsas fəaliyyət birbaşa Sarkisyanın özü tərəfindən həyata keçirilirdi. Böyük fərqlə məğlub olsalar belə, Köçəryandan fəqrli olaraq “Mənim şərəfim var” blokunun nümayəndələri parlamentdə təmsil olunacaqlarını bildirdilər. 

Bütün bu sadalananlar isə Sarkisyanın mübarizədən hələ də qopmadığını bir daha sübut edib.

İndiki durumda isə Serj seçki kampaniyası dövründəki fəaliyyətini davam etdirməkdədir. Sarkisyanın taktikası isə xeyli bəsitdir; rəqiblərini qaralamaq və özünü məsum göstərmək. Hədəfi isə təkcə Nikol Paşinyandan ibarət deyil, eyni zamanda döyüş yoldaşı olan Robert Köçəryan da Sarkisyanın radarından yayına bilməyib. Serjin iqtidar mübarizəsində Nikola qarşı birləşməkdən imtina etməsi də bu iddianı təsdiqləyir. Seçkilər zamanında eyni pərdədən çıxış etsələr belə, Robertin koalisiya çağırışlarına məhəl qoymayan Serjin köhnə dostuna vurduğu zərər isə, Nikoldan qat-qat çox oldu. Əslində o, özünün tülkü siyasəti ilə daha çox Paşinyanın əlinə oynayırdı. Koçaryandan daha bic ağlı olan Sarkisyan Ermənistanın gələcəyində onlardan heç birinin yeri olmadığını yaxşı bilir.

Ona görə də Nikola yarınmaqla öz asudə qocalığını təmin etmək və həbs qəzəbindən xilas olmağa can atır.

Görünən isə odur ki, Sarkisyan hakimiyyət uğrunda iki cəbhədə mübarizə aparmağa davam edəcək. İlk olaraq, Vanetsyanın rəhbərliyi ilə Ermənistan parlamentində nüfuz qazanmağa, ən azı gələcək seçkilərə kimi ermənilərin gözündə “xalqı düşünən” partiya obrazını yaratmağa çalışacaq. Özü də mənfi imicini düzəltmək üçün hər vasitədən istifadə edərək, keçmiş səhvlərini unutdurmaq naminə əlindən gələni edəcək.  

Sarkisyanın yalanlarının ayaq tutub yeriməyi bacarıb-bacarmayacağını isə zaman göstərəcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin