Partiya sədri haray çəkdi: “Bakıya atom bombası atıblar”

Hazırda oxunan: Partiya sədri haray çəkdi: “Bakıya atom bombası atıblar”

26225

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu canlı yayımların birində səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin Qarabağla bağlı məkrli planı var - Əli Hacızadədən XƏBƏRDARLIQ


Partiya sədri Bakının dərdindən də danışıb:

“Bakıda yol verilən radiasiya 10 dəfə yüksəkdir. Sanki kimsə Herosimaya atom bombası atdığı kimi Bakıya da atom bombası atıblar. Və biz bu atom bombası atılmış şəhərdə yaşayırıq. Bu ancaq maşınların buraxdığı qazla bağlı deyil. Xərçəngin əsas səbəbi radiasiyadır. Naxçıvanda vəziyyət isə olduqca çətindir. Əhalinin 90 faizi teksun yeyir. Halbuki həmin yağı Türkiyədə kartof qurdunu öldürmək üçün istifadə edirlər.  

O qədər təhlükəli qidalanma var ki, palma yağı və s. bunlar hamısı xərçəng əmələ gətirir. Naxçıvanda adamların 50-60 faizi xərçəngdən ölür.

Naxçıvanda bir çay var orada molibden istehsal olunurdu. Molibdenin özü təhlükəli maddələrdən biridir. Onu axıdırlar o çaya və o su hövzəsi boyunca yaşayan insanların 90 faizi də xərçəngdən ölür. Azərbaycanda xərçəng yaradan səbəblərə qarşı heç bir nəzarət yoxdur”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin