ATƏT-də "Artsax"ın OYUNU, BMT-də daşnak qətnaməsi - DƏHŞƏTLİ FAKTLAR

Hazırda oxunan: ATƏT-də "Artsax"ın OYUNU, BMT-də daşnak qətnaməsi - DƏHŞƏTLİ FAKTLAR

26180

"2018-ci ildə hakimiyyətdə qalmaq istəyirdim, çünki konfliktin həlli ilə bağlı danışıqlar artıq final mərhələsindəydi"

Bizim.Media xəbər verir ki, bu sözlər İrəvanın sabiq lideri Serj Sarkisyana məxsusdur.
 

MÖVZU İLƏ BAĞLI:

Putinlə Paşinyan arasında Qarabağ DANIŞIQLARI


Açıqlamasında 7 rayonun hələ 3 il əvvəl Azərbaycana qaytarılacağını deyən Sarkisyan hələ 2001-ci ildə Ağdamın da erməni torpağı olmadığını parlamentdəki çıxışında səsləndirdiyini əlavə edib:

"Məgər bundan daha aşkar ifadə mümkündür? Bizi hazırkı aqibət tapmasın deyə satqın damğasına da razıydım. 2018-ci ildə hər şey sülh yoluyla həll olunacaqdı. İlkin olaraq 5 rayonu Azərbaycana qaytaracaqdıq. Müddəti bəlli olmayan Dağlıq Qarabağ referendumuna qədər Laçın dəhlizinə sülhməramlılar yerləşdiriləcəkdi ki, ermənilərin sərbəst hərəkəti təmin olunsun. Azərbaycanlılar Dağlıq Qarabağın statusunu oradakı əhalinin müəyyənləşdirməsini qəbul etməliydilər. Lakin İlham Əliyev 2016-cı ildə də bildirmişdi ki, Azərbaycan bununla razılaşmayacaq. Burda Bakıya edilən beynəlxalq təzyiqlər İrəvanın dadına çata bilərdi. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri də buna çalışırdılar. Hətta BMT-də Dağlıq Qarabağla bağlı qətnamə layihəsi də hazır idi".

2018-ci ildən sonra mediaya stop deyən Sarkisyanın 3 ildən sonrakı müsahibəsində bəzi nüanslar tükürpədəndir.

Bu gün Bakının iqnorda saxladığı ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağda "erməni referendumu"nun lehinəydi. 30 il əvvəl Azərbaycanın işğal olunan torpaqları ilə bağlı qəbul etdiyi 4 qətnaməni kağız parçası kimi arxivində saxlayan BMT də "Artsax"ın xeyrinə qətnamə layihəsi hazırlayıbmış. 

Və sonda hər şey Azərbaycanın xeyrinə dəyişdi, onların hiylə və tələ dolu masasını məhz İlham Əliyev dəmir yumruğu ilə dağıtdı.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin