Ermənistan rəsmiləri İrana səfərləri zamanı daha çox Azərbaycana qarşı çıxışları ilə yadda qalırlar. Deməli, İslam Respublikasının Prezidenti Həsən Ruhaninin dəvət ilə fevralın 27-28-də Ermənistan hökumətinin başçısı Nikol Paşinyan İranda rəsmi səfərdə olub. Səfərin indiki şəraitdə Ermənistan və İran üçün əhəmiyyətinə qısaca olaraq toxunmaq istərdik.xa0xa0
Mövzuyla bağlı DAA-nın milli azlıq və dini məsələlər üzrə müşaviri Nicat İlyasov açıqlama verib:
“Bir neçə gün öncə, Ermənistanın baş naziri Nikol Paşinyanınxa0 İran İslam Respublikasında səfərdə olarkənxa0 "Ararat" idman klubundaxa0 İran ermənilərilə görüşüxa0 zamanı səsləndirdiyixa0 sərsəm fikirlər, bir daha təmsil etdiyi dövlətinxa0 Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqeyi bütün çılpaqlığı ilə ortaya qoyur. Bu cür qeyri ciddi sərsəm bəyanatlarlaxa0 N.Paşinyanxa0 və ona bu görüşü təşkil edən bəzixa0 havadarları İran - Azərbaycan münasibətlərinə xələlxa0 gətirməyəxa0 çalışırlar. Amma əlbəttə ki, siyasi savadsızlıq və dünya görüşünün dar çərçivəli olması bu cür hərəkətlərə yol aça bilər. İran və Azərbaycan Respublikası son illərdə ən güclüxa0 siyasi-iqtisadixa0 sahədə əməkdaşlıq edirlər. Ortaq tarix, ortaq mədəniyyətxa0 Ermənistandan fərqli olaraq İran və Azərbaycanı bir -birinə daha sıx bağlayır. Ən vacib məsələ isəxa0 İranın etnikxa0 tərkibi məsələsidir. 1000 ilə yaxın bütünxa0 İranı idarəxa0 edənxa0 xa0Azərbaycan türk sülalələrixa0 bəhs etdiyimiz dövlətin tarixindəxa0 tarix səhnəsindənxa0 silinməyəcəkxa0 böyük miras və iz qoyublar. Hazırda 40 milyonaxa0 yaxın soydaşlarımızınxa0 ana vətəni olanxa0 İran İslam respublikasındaxa0 cəmi bir neçə yüz min il gəlmə ermənilərin yaşamasıxa0 Azərbaycan-İran münasibətlərinın zədələnməsinə ümid edən N.Paşinyan və İrandakı bəzi havadarlarının necə bir xülyaya dalması gülünc görsənir. Bütün dünya dövlətləri Qarabağın Azərbaycan torpağı olduğunu dəfələrlə ən yüksək səviyyədə etiraf etmişdir. Bunu nə "Ararat" futbol klubununxa0 idman zalında cəmləşmiş bir neçə yüz erməni, nə onların başlarının üzərində asdıqlarıxa0 gülünc plakatları, nə də kixa0 siyasi liderə yaraşmayanxa0 yarımçıq başının yer aldığıxa0 N.Paşinyanın selfisi dəyişə bilər”.





























































































