Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyətinin iştirak etdiyi Minsk şəhərində keçirilən “MİLEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi davam edir.
Müdafiə Sənayesi Nazirliyindən Bizim.Media-ya bildirilib ki, sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev bu gün Belarus Respublikasının müdafiə sənayesi komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.
Görüş zamanı nazir son illərdə ölkəmizdə hərbi quruculuq istiqamətində aparılan irimiqyaslı islahatlar çərçivəsində Ordumuzun maddi-texniki bazasının xeyli inkişaf etdiyini, döyüş hazırlığı səviyyəsinin yüksəldiyini bildirib.
Görüş Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.
İyunun 26-dək davam edəcək sərgi çərçivəsində hərbi-texniki sahədə birgə layihələrin gerçəkləşdirilməsi məqsədilə digər iştirakçı dövlət və hökumət nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:38 / 24.06.2021
Mədət Quliyev belaruslu həmkarı ilə NƏLƏRİ müzakirə etdi? - FOTO
Hazırda oxunan: Mədət Quliyev belaruslu həmkarı ilə NƏLƏRİ müzakirə etdi? - FOTO
Hazırda oxunan: Mədət Quliyev belaruslu həmkarı ilə NƏLƏRİ müzakirə etdi? - FOTO
26116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.