Bu gün Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gələcək.xa0
Gürcüstanın Prezident Administrasiyasının yaydığı məlumata əsasən, ölkə rəhbərinin səfəri qonşu Azərbaycanla strateji tərəfdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır.
Zurabişvilinin səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirəcəyi, həmçinin Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanda yaşayan gürcüstanlı tələbələr və biznes sektorun nümayəndələri ilə görüşlərinin nəzərdə tutulduğu vurğulanıb.xa0
Dövlət başçısının başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın Prezident Administrasiyasının üzvləri və digər rəsmi şəxslər daxil olacaq.xa0
Qeyd edək ki, bu, Salome Zurabişvilinin Gürcüstan prezidenti seçilməsindən sonra Azərbaycana ilk rəsmi səfəri olacaq.(azvision.az)

































































































