“Həyatımda heç vaxt görmədiklərimin şahidi oldum” - BMT rəsmisinin Ağdam TƏƏSSÜRATI

Hazırda oxunan: “Həyatımda heç vaxt görmədiklərimin şahidi oldum” - BMT rəsmisinin Ağdam TƏƏSSÜRATI

25930

“Ağdamda bəyanatımda, yekun bəyanatımda dedim ki, mən bir növ qarışıq hisslər keçirirəm.

Birincisi, siyasi və peşəkar həyatımda heç vaxt görmədiklərimin şahidi oldum. Heç nə yoxdur, tamamilə dağıntıdır.

İnsan kədərlənir ki, XXI əsrdə belə bir halın necə şahidi olmaq olar?

İkincisi, düşünürəm ki, Ağdama səfərim yaxşı keçdi, çünki Sizin xüsusi nümayəndəniz mənə gələcək üçün planı göstərdi. Bu, böyük baxışdır, cənab Prezident”.

Bizim.Media-nın məlumatına görə, bunu BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbuliunda olarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən Ağdama gedərkən keçirdiyi hisslərlə bağlı AÇIQLAMA


O bildirib ki, yolları, insanların məşğul olduğunu, dinamikanı görmək imkanı böyük qürur hissi verir:

“Azərbaycan hər zaman inkişaf edib və bu inkişaf daha da güclənəcək. Mən özümü hər zaman Azərbaycanın dostu hesab etmişəm, bu dəfə də Sizinlə olmaqdan və BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi qismində yeni missiyamda Sizin səylərinizi, Xarici İşlər Nazirliyini və Mədəniyyət Nazirliyinizi dəstəkləməyə çalışmaqdan qürur duyuram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin