“BMT-nin Ali Komissarlığını azad edilən ərazilərdə qəbul etməyə hazırıq” - Ceyhun Bayramov - FOTO

Hazırda oxunan: “BMT-nin Ali Komissarlığını azad edilən ərazilərdə qəbul etməyə hazırıq” - Ceyhun Bayramov - FOTO

25793

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzainin ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Nazir Ceyhun Bayramov Qulam İshaqzainin Azərbaycandakı uğurlu fəaliyyətini, BMT və Azərbaycan arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfəni məmnunluqla qeyd edib.

Tərəflər Azərbaycan və BMT və təşkilatın qurumları arasında həyata keçirilən əməkdaşlıq imkanları və perspektivlərini müzakirə ediblər.

Nazir işğaldan azad olunmuş ərazilərdəki vəziyyətə toxunaraq, ölkəmizin həm YUNESKO, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) missiyasının bu ərazilərdə qəbul etməyə hazır olduğunu bildirib. Hazırda səfərlə əlaqədar işlərin yekunlaşdırılması üçün hər iki təşkilatdan cavab gözlədiyimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

Nazir Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin