“Torpaqları Azərbaycanaxa0xa0qaytarmaq istəyənlərxa0 Basarkeçər-Ağdərəxa0xa0yolunu çəkdirməzdi...”

Hazırda oxunan: “Torpaqları Azərbaycanaxa0xa0qaytarmaq istəyənlərxa0 Basarkeçər-Ağdərəxa0xa0yolunu çəkdirməzdi...”

257898

Bu günlərdə "Azadlıq” radiosunun erməni redaksiyasına xa0müsahibəsində Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müdafiə naziri”nin keçmiş müavini Samvel Babayan bildirib ki, 2017-ci ildə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan xa0Dağlıq Qarabağ rejimi ilə işğal altındakı Azərbaycan əraziləri ilə bağlı kompromis, yəni torpaqların Azərbaycana qaytarılması məsələsini müzakirə edib.

xa0

Moderator.az xəbər verir ki, qondarma rejimin sabiq “dövlət naziri” hesab edilən Araik Arutyunyan ad-soyadlı məxluq özününxa0 “Facebook” profilində S.Babayanın söylədiklərini təkzib edib.

xa0

“Torpaqları Azərbaycana təhvil vermək istəyən hakimiyyətxa0 Vardenis(Basarkeçər)-MardakertAğdərə)xa0 yolunun tikintisini həyata keçirməz, "vətənə qayıdış"(yəni Qarabağın qanunsuz məskunlaşdırılması-S.L.)xa0 proqramını tətbiq etməz, investisiya və dövlət qaynaqları hesabına mütənasib ərazi inkişafı siyasəti aparmaz və nəhayət, ordu quruculuğu və cəbhə xəttini gücləndirməklə məşğul olmazdı. Buna görə də, mən sizi belə böhtan xarakterli fikirlər söyləməkdən çəkinməyə çağırıram”.-deyə separatçı bildirib.

xa0

Qeyd edək ki, Araik Arutyunyanın adı son vaxtlar qondarma rejimin gələcəkxa0 “prezidenti” kimi çəkilir.

xa0

Sultan Laçın xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin