Rusiya hərbçiləri yaxın günlərdə Göyçə mahalının Basarkeçər rayonuna (Geqarkunik vilayəti) Azərbaycan əsgərlərinin yerləşdiyi əraziyə gələcək.
Bizim.Media xəbər verir ki, belə bir iddia ilə erməni mediasına açıqlamasında Geqarkunik vilayətinin qubernatoru Qnel Sanosyan çıxış edib.
O, qeyd edib ki, hazırda üçtərəfli danışıqlarda iştirak etməsə də, administrasiya rəhbəri kimi proseslərdən məlumatlıdır.
Qubernator deyib ki, son günlər ərazidə vəziyyət stabildir, sərhəddə heç bir insident yoxdur.
“Hazırda üçtərəfli danışıqlar gedir. Rusiya hərbçilərinin təkcə Geqarkunikdə yox, büün sərhəd boyu – Geqarkunikdən Zəngəzura, Gorusa qədər yerləşməsi müzakirə olunur”, deyə Sanosyan vurğulayıb.
“Həm biz, həm də Azərbaycan tərəfi hərbi birlikləri geri çəkəcəyik. Bununla da sərhəddə stabillik tam yaranacaq”. Qubernator yekunlaşdırıb.
Bizim.Media