“Güclü diplomatiyanın arxasında güclü ordu amili dayanır” – Hər zaman hər yerdə!

Hazırda oxunan: “Güclü diplomatiyanın arxasında güclü ordu amili dayanır” – Hər zaman hər yerdə!

254672

Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan ordusunun müasir texnika ilə təchizatı prosesinin 2019-cu ildə də davam etdiriləcəyini bildirib, bununla bağlı müqavilələrin imzalandığına diqqət çəkib.

Azərbaycan ordusunun öz zərbə gücünü durmadan artırması, texniki təchizatını mütəmadi surətdə yüksəltməsi Ermənistanı danışıqlar masasında oturmağa vadar edə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli ölkəmizin müdafiə qabiliyyətinin ytüksəldilməsinin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu söylədi:

“ordu faktoru diplomatikd anışıqlara təsir edən xa0mütləq bir amildir. Arxasında güclü ordu daynmayan diplomatiyanın danışıqlar masasındakı mövqeyi güclü ola bilməz.

Son zamanlar siyasətimizin əldə etdiyi uğurlarda ordu quruculuğu prosesinin uğurla getməsi, ordunun potensialının artırılması amilinin də müsbət təsiri var. Bu gün Azərbaycanın hərbi poensialı Ermənistanın hərbi potensialından qat-qat yüksəkdir. Oruya yeni silahların alınması vacib məsələlərdən biridir. Erməniləri sülhə məcbur etməyin başlıca yolu gücdən keçir. Onlar qarşılarında güc gördükdə kompromisə meyillənəcəklər. Onlar naqis toplumdur və güc görməyəndə həyasızlaşmaqda davam edirlər. Bu baxımdan Azərbaycan ordusunun daha qüdrətli olması üçün yeni silahların alınmasına, zərbə gücünün yüksəldilməsinə ehtiyac var. Prezidentin tutduğu məlum siyasi xətt buna hesablanıb və bu siyasət xalqın ürəyincədir”.

xa0

Seymur ƏLİYEV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin