Pakistanla Qarabağın bərpası üzrə əməkdaşlıq müzakirə edildi

Hazırda oxunan: Pakistanla Qarabağın bərpası üzrə əməkdaşlıq müzakirə edildi

25398

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Pakistan Milli Mühəndislik Xidmətləri” şirkətinin (NESPAK) nümayəndələri ilə görüşüb.

Bizim.Media-ya nazirlikdən verilən məlumata görə,  Mikayıl Cabbarov ölkəmizin Pakistanla sıx dostluq və qardaşlıq münasibətlərini, Vətən müharibəsi zamanı Pakistanın Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə Pakistanla iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial, keçirilən görüşlərin və aparılan səmərəli müzakirələrin tərəfdaşlığın genişlənməsində rolu qeyd edilib.

NESPAK şirkətinin icraçı direktoru Tahir Məsud rəhbəri olduğu şirkətin fəaliyyəti barədə məlumat verib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin də iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək yenidənqurma layihələri üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin