Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanları ilə bağlı qərar imzalandı

Hazırda oxunan: Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanları ilə bağlı qərar imzalandı

25389

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Bizim.Media-nın xəbərinə görə, qərara dəyişikliklə Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı təsdiq edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Vilayət Eyvazov BMT-nin rezident-əlaqələndiricisini qəbul etdi


Müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.

Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin