"Mən İlham Əliyevlə onun təyyarəsində Strasburqdan uçdum (Avropa Şurasında birgə çıxış etmişdik). Təyyarə Qara dəniz sahili üzərində uçdu. Mən ondan Abxaziyaya heç olmasa yuxarıdan baxmaq üçün təyyarənin Abxaziya üzərindən endirilməsini xahiş etdim"
MÖVZU İLƏ BAĞLI:
Saakaşvili Gürcüstana dönəcəyini elan etdi: “Həbs olunmaqdan qorxmuram”
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın "1+1" telekanalında "Hakimiyyət hüququ" siyasi tok-şousunun iştirakçısı olan Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili səsləndirib.
Prezident İlham Əliyevlə birgə xatirəsinin davamında Saakaşvili bunları deyib:
"Abxaziya üçün darıxmışdım, ailəm oradandır. Və o dedi: “Bilirsən, Mişa, həm bizim, həm də sizin üçün bir neçə ilin məsələsidir. Biz sadəcə gecə-gündüz bu haqda düşünməliyik. Bunu heç vaxt unutmamalı və hazırlaşmalı, hər gün hazırlaşmalıyıq..."
Bununla da Mixeil Saakaşvili Qarabağın ardınca Abxaziya məsələsinin həllinə eyham vurub. Eks Gürcüstan liderinin sözləri həm də bildiyimiz həqiqətin daha bir isbatıdır ki, Azərbaycanın müasir hökuməti var olduğu gündən Qarabağın geri qaytarılması üçün çalışıb.
Bizim.Media