ABŞ-ın Nyu-York şəhərində, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahı önündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən yerləşdirilmiş minaların xəritəsinin verilməməsinə etiraz olaraq sərgi keçirilib.
Bizim.Media xəbər verir ki, sərgidə Ermənistanın Azərbaycanın tarixi torpaqlarında terror siyasətini davam etdirdiyinə dair faktlar, minaya düşərək faciəvi şəkildə həyatlarını itirən hərbi və mülki şəxslərin fotoları əks olunub.
Sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Sərgi ABŞ ictimaiyyətinin, BMT-də fəaliyyət göstərən media nümayəndələrinin və diplomatların diqqətini cəlb edib.
Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli sərgi ziyarətçilərini erməni silahlı birləşmələri tərəfindən zəbt olunan Azərbaycan torpaqlarının hər qarışında basdırılan minaların partlaması nəticəsində hərbi və mülki şəxslərin həlak olmağa davam etdiyi haqqında məlumatlandırıb.
BMT-də fəaliyyət göstərən jurnalistlər Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək şəhid olan jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov haqqında məlumat alıb, jurnalistlərə qarşı atılmış bu mənfur addımın qəbuledilməz olduğunu deyiblər.
Sərgi ilə tanış olan Efiopiya Krallığı, Gürcüstan, Rusiya və Çin Xalq Respublikasının diplomatları Ermənistan tərəfinin təcavüzkar addımlarını qınayıb və cinayətkarların beynəlxalq məhkəmələrdə cavab verməli olduqlarını deyiblər.
Ə.Yerdələnli “Report”a açıqlamasında bildirib ki, 20-dən çox fotonun nümayiş olunduğu sərgini keçirməkdə məqsəd dünyanın ən böyük təşkilatı olan BMT-də fəaliyyət göstərən əcnəbilərin diqqətini cəlb etmək və Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır:
“Biz BMT-nin önünə əbəs yerə gəlməmişik. Buradakı güclər – beynəlxalq təşkilatların nümayəndələri, hüquq müdafiəçiləri dünyada baş verənlərə biganə qalmadıqlarını deyirlər. Ermənilərin bu əməlləri cinayət və etnik təmizləmədir. Minalanmış ərazilərlə bağlı xəritələrin Ermənistan tərəfindən Azərbaycana verilməməsi həm də, bölgədə sülhün bərpa olunmasına ciddi əngəl yaradır. Bu məsələ ən qısa zamanda həllini tapmalıdır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:17 / 19.06.2021
BMT-nin qarşısında Ermənilərin mina xəritəsini verməməsinə etiraz edildi - FOTO
Hazırda oxunan: BMT-nin qarşısında Ermənilərin mina xəritəsini verməməsinə etiraz edildi - FOTO
Hazırda oxunan: BMT-nin qarşısında Ermənilərin mina xəritəsini verməməsinə etiraz edildi - FOTO
25372
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.