44 günlük müharibəki məğlubiyyətindən sonra Arayik Harutyunyanın Paşinyanın adamı olduğu üçün o da satqınlıqda günahlandırılıb erməni xalqı tərəfindən daş-qalaq edilirdi. Hətta müharibədən sonra Paşinyanın xalqın qəzəbindən qorxub bunkerdə gizləndiyi vaxtlar xunta başçısı Harutyunyan da yoxa çıxmışdı.
Hazırda isə Ermənistanda seçkiqabağı qızğın kampaniyanın getməsinə baxmayaraq, hər zaman Paşinyanın sadiq adamı kimi tanınan Arayik nədənsə susur.
Heç bir təbliğatda, görüşlərdə Painyanın yanında görünməyən Harutyunyanın ağzına su alıb oturması cəmiyyət içərisində birmənalı qarşılanmır.
MÖVZU İLƏ BAĞLI:
Ruslar Ermənistanda seçkiləri nəzarətə götürdü - Hərbçilər AYAQÜSTƏDİR
Bəs, buna səbəb nədir? Müharibə zamanı az qala bütün dünyanı “alıb” erməni imperiyası qurmağı bar-bar bağıran Harutyunyanı susmağa nə vadar edir?
Politoloq Əli Hacızadə Bizim.Media-ya açıqlamasında bildirib ki, qondarma rejimin başçısı məsələlərin hansı məcrada davam edəcəyini dəqiq bilmədiyi üçün bir növ özünü sığortalamağa çalışır:
“Hazırda Arayik Harutyunyanın adamları iki hissəyə bölünüb. Onların bir hissəsi müxalifəti, digər kəsim isə iqtidarı dəstəkləyir və kömək edir. Əlaltdan isə hər iki cinahla gizli danışıqlar aparılır. Erməni ekspertləri hesab edir ki, bu yolla Araik və onun ətrafı özlərini sığortalamaq istəyir”.
Ə. Hacızadə həmçinin qeyd edib ki, Harutyunyanı bu dəqiqə ancaq öz taleyi maraqlandırır:
“Nəzərə alsaq ki, Arayiki Qarabağ erməniləri arasında da "satqın" adlandırıb onu cinayətkar olduğunu bəyan edən xeyli sayda adam var. Bu da onun onsuz da məhdud olan imkanlarını məhdudlaşdırır. Bu səbəbdən də hazırda onu öz taleyi daha çox maraqlandırır. Çünki Köçəryan hakimiyyətə gəldiyi təqdirdə, Paşinyanın adamı kimi tanınan Arayikin taleyi də həll ediləcək”.
Vüsalə Balayeva, Bizim.Media