Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO toplantısının, amerikalı həmkarı Co Baydenlə görüşün yekunları, o cümlədən Azərbaycana səfəri zamanı imzaladığı “Şuşa bəyanaməsi”nin imzalanmasına dair mətbuat konfransı keçirib. Konfransa Türkiyənin Azərbaycanda hərbi baza yaratması məsələsi də gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirib. O, “Şuşa bəyannəmə”sinin tam olaraq buna imkan verdiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğandan ŞOK AÇIQLAMA: “Azərbaycanda Türkiyənin hərbi bazası yaradıla bilər”
Politoloqun sözlərinə görə Ərdoğanın dediyinə görə bu məsələ ilə bağlı İlham Əliyevin ayrıca Putinlə görüşməsi və yeni anlaşmalar etməsinə gərək var:
“Beləliklə, proqnozumuz doğrulmaq üzrədir. Türkiyənin Azərbaycanda hərbi bazası və ya bazaları olacaq. Türkiyə Cumhurbaşqanının sözlərinə görə “Şuşa bəyannamə”si buna tam şərait yaradır. Bu, həm Azərbaycanın, həm Türkiyənin, həm də çox önəmlisi Türkiyə-Azərbaycan hərbi ittifaqının tələblərinə cavab verir. Hesab edirəm ki, Türkiyənin Azərbaycanda hərbi bazaları olmalıdır, Rusiya ilə müxtəlif məsələləri müzakirə etmək olar, ancaq bu məsələnin Kremlə dəxli yoxdur”.
Alçina Amilqızı, Bizim.Media