Bayden-Putin görüşündə GİZLİ QARABAĞ DANIŞIĞI - Tofiq Zülfüqarovdan AÇIQLAMA

Hazırda oxunan: Bayden-Putin görüşündə GİZLİ QARABAĞ DANIŞIĞI - Tofiq Zülfüqarovdan AÇIQLAMA

25168

Bu günə olan rəsmi açıqlamalara görə, Baydenlə Putinin Cenevrə görüşündə Qarabağ haqqında müzakirələr aparılmayıb. Lakin görüşdən öncə Rusiya hökumət başçısının köməkçisi Uşakov görüşün gündəliyində Qarabağ müzakirələrinin olduğunu qeyd edib. Ağ Ev və Kreml rəhbərlərinin Qarabağ dialoqları barədə “müzakirə olunmayıbsa, deməli müzakirə olunmayıb” deyən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məsələyə digər tərəfdən baxdı.
 

MÖVZU İLƏ BAĞLI:

Putin - Bayden görüşü deşifrə olundu - DETALLAR


Bizim.Media ilə fikirlərini bölüşən politoloq Qarabağ mövzusunun Brüsseldə Bayden-Ərdoğan görüşündə müzakirə olunduğunu istisna etmədi:

“Bu fikirin tərəfdarıyam ki, Qərbin ümumi siyasəti və təbii ki, Türkiyə və Azərbaycanın maraqlarını nəzərə alaraq bu tandemi Ankara həyata keçirəcək. Yəni, Türkiyə-Rusiya tandemini nəzərdə tuturam. Bu baxımdan, Qarabağ mövzusunun Türkiyənin üzərinə qoyulduğunu istisna etmirəm. Və Qarabağ mövzusunda olan problemlər Rusiya-Türkiyə formatında həll olunacaq. Hər halda Brüsseldən olan təəssürat onu göstərir ki, artıq Türkiyə həm Alyans üzvü (NATO), həm də kollektiv qərbi təmsil edərkən Rusiya ilə tandemdə öz rolunu tam şəkildə reallaşdıracaq”

Tutaq ki, Cozef Baydenlə Vladimir Putin Cenevrədə Qarabağ ətrafında fikir mübadiləsi aparmayıblar. Bəs əgər müzakirə etsəydilər, liderlərin söhbəti hansı aspektdə olacaqdı?

“Bundan qabaq ABŞ-ın Dövlət Departamenti səviyyəsində belə bir fikir söylənilib ki, 5 ildən sonra (sülhməramlıların xidmət müddəti) hansısa məsələlərə baxıla bilər. Çünki vəziyyət stabilləşib, atəşkəsə nail olunub və s. Belə deyək, 2020-ci ilin 10 noyabrında əldə olunan nəticələri qərb dəstəkləyib. Söhbət iştirakdan gedirdi, yəni, Minsk Qrupunun köhnə 3 həmsədrindən (ABŞ-Rusiya-Fransa) təkcə Rusiya iştirak edir. Və qərbin bu mövzuda iştirak məsələsi elə bil Türkiyəyə həvalə olunub”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin