Macarıstanın “Hirado” nəşrində "Türkiyə və Azərbaycan prezidentləri müttəfiq münasibətlərə dair Bəyannamə imzalayıblar" sərlövhəli məqalə dərc edilib.
Bizim.Media xəbər verir ki, məqalədə Şuşada tarixi Bəyannamənin imzalandığı vurğulanır. Qeyd edilir ki, saziş iki ölkə arasında müdafiə məsələləri də daxil olmaqla, bütün sahələri əhatə edir.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğanın Azərbaycana səfəri başa çatıb - FOTO
Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın bərpası üçün altıtərəfli əməkdaşlıq formatının yaradılmasını təklif edib.
Nəşr Türkiyə dövlətinin başçısından bu sitatı gətirib: “Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Altılı platforma dedik. Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır”.
Məqalədə deyilir ki, Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə Şuşada ölkəsinin baş konsulluğunun açılacağını da elan edib.
Bizim.Media