“Bu il İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi, İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvləri, habelə ICESCO-nun nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib və Ermənistanın İslam irsinə qarşı törətdiyi vandalizmin şahidi olub”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında deyib.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsinə səy göstərib” - İlham Əliyev
Dövlət başçısı Ermənistanın islam ölkələri ilə əlaqələrinə də diqqət çəkib:
“Biz Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərini müşahidə edirik. Məscidlərdən donuz və inək tövləsi kimi istifadə etmiş və bununla da bütün İslam ümmətinin hisslərini təhqir edən ölkə müsəlman dövlətlərinin və müsəlmanların dostu ola bilməz”.
Bizim.Media