Ərdoğanın Qarabağa səfərinin PƏRDƏARXASI - Moskva niyə REAKSİYA vermir?

Hazırda oxunan: Ərdoğanın Qarabağa səfərinin PƏRDƏARXASI - Moskva niyə REAKSİYA vermir?

25032

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri və Şuşada azərbaycanlı həmkarı İlham Əliyevlə imzaladığı bəyannamə Ermənistanda qorxu və vahimə yaradarkən, Moskvanın reaksiyasi hələ ki, soyuqqanlıdır, xüsusi açıqlamaları yoxdur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib. O, bidirib ki, Rəcəb Tayyib Ərdoğanın Şuşadan bölgə ölkələrinə “gəlin əməkdaşlıq edək”, “Rusiya prezidenti Vladimir Putin də əməkdaşlıq üçün fədakarlığa hazırdır” çağırışları Kremldə isti mesaj kimi qəbul edilə bilərdi:
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentlərin Şuşa mətbuat konfransından ÖNƏMLİ MESAJLAR


“Yəni Ərdoğan Şuşadan demək istədi ki, Türkiyə-Azərbaycan hərbi ittifaqı Rusiyaya qarşı deyil, bu ittifaq Azərbaycan torpaqlarına göz dikənlərə qarşıdır.

Buna baxmayaraq, Rusiyadakı şovinist qüvvələr Türkiyə-Azərbaycan hərbi ittifaqının gücləndirilməsini və Türkiyənin Qarabağda möhkəmlənməsini Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması, hətta Turanın qurulmasına atılan ilk addım kimi qiymətləndirə bilərlər.

Bu onların işidir. Bizim işimiz strateji müttəfiqlə əlaqələri daha üst səviyyəyə qaldırmaq, İlham Əliyevin dediyi kimi Azərbaycan ordusunu Türkiyə ordusunun kiçik modeli halına gətirməkdir.

Həmçinin Qarabağda yerdə qalan separatçıları tərksilah etmək, Ermənistanla sərhədi tam nəzarətə götürmək, azərbaycanlıların Qarabağın bütün məntəqələrinə qaydışını təmin etmək və Zəngəzur dəhlizini işə salmaqdır”, deyə politoloq əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin