15 iyun Milli Qurtuluş Günü həm də milli qardaşlıq günü kimi xatırlanmalıdır. Çünki bu tarixdə bir millət iki dövlət olan Azərbaycan və Türkiyə liderləri bütün dünyanın diqqətini Şuşaya çəkdi.
Bizim.Media xəbər verir ki, Şuşa səfərində mühüm ismarıclar səsləndirildi və ən böyük mesaj elə imzalanan sənəd idi. Detallarına varsaq...
Türkiyə - Azərbaycan münasibətləri
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi - TAM MƏTN
Prezident İlham Əliyev: Bu gün Türkiyə və Azərbaycan dünya çağında bir birinə ən yaxın olan ölkələrdir. Bu tarixi nailiyyətdir. Şuşada dalğalan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir.
Rəcəb Tayyib Ərdoğan: Hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəsin imzalanmasından sonra bölgədə bütün tərəflər üçün iş birliyi imkanları yaranıb.
Türkiyə olaraq biz də qonşuluq əlaqələrimizi daha dərin iş birliyinə yönəltmək istəyirik. Ermənistanın özünə uzadılan bu xoş niyyət və həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini istəyirik. 6-lı platforma dedik. Bu platformada Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran.
Şuşa bəyannaməsi haqqında
Prezident İlham Əliyev: Birgə bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz il sonra azad edilmiş Şuşa şəhərində imzalanan bəyannamə, bizim gələcək iş birliyimizin istiqamətini göstərir.
Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsində və qarşılıqlı hərbi yardım məsələləri bu bəyannamədə öz əksini tapır.
Rəcəb Tayyib Ərdoğan: Qardaşımın ifadə etdiyi Şuşa bəyannaməsi ilə münasibətlərimizin yeni dönəmdəki yol xətirəsini müəyyən etdik. Türkiyə olaraq qədim şəhər Şuşada ən qısa zamanda bir baş konsulluq açmağı planlaşdırırıq. Beləliklə, bölgədə icra edəcəyimizin fəaliyyətlərin daha sürətli və təsirli şəkildə icrasını da təmin edəcəyik.
Zəngəzur dəhlizi haqqında
Prezident İlham Əliyev: Bəynnamədə ikinci önəmli məsələ Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə və Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli parkatiki işlərlə bu dəhlizi, bu koridoru yaradırıq.
Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın cənubu Zəngəzur koridorunu önəmli görürük və dəstəkləyirik. Bu koridorun həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə də biləcəyi bir koridor yaranamış olacaq. Bu çox böyük önəmə malikdir.
Hər iki ölkənin liderinin bəyanat və imzaladıqları bəyannamədən çıxış edərək demək olar ki, regiondakı sülhün əsas təminatçısı artıq təkcə Rusiya deyil. Türkiyənin Qarabağda konsulluq açacağını xatırlatmaq kifayətdir ki, rus sülhməramlılarının ağ göyərçinliyi daha qabarmasın. Bundan başqa, imzalanan bəyannamədə qeyd olunan punktlar da vacibdir.
Əgər dünən hansısa dövlətlər Emənistan sərhədinə cavab atəşi açmırdı ki, KTMT-ni əsas gətirib Rusiya ilə burun-buruna gələ bilər, bu gün də Türkiyənin tətiyinə tuş gəlməmək üçün Azərbaycana qarşı təxribatlar azalmış olar.
Bizim.Media