"Təbii ki, Qarabağ əvvəlki ehtişamına və öz kimliyinə qovuşacaq" - Türkiyə prezidenti 

Hazırda oxunan: "Təbii ki, Qarabağ əvvəlki ehtişamına və öz kimliyinə qovuşacaq" - Türkiyə prezidenti 

24954

"Təbii ki, Qarabağ əvvəlki ehtişamına və öz kimliyinə qovuşacaq".

Bizim.Media xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Çox şükürlər olsun ki, Qarabağ sahiblərinə qovuşdu" - Ərdoğan 


"Azərbaycan xalqının Qarabağ Zəfərini bir daha təbrik edirəm. Tarixdə bir çox incəsənət xadimi yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajların çox önəmli olduğuna inanıram. Qardaşım Əliyevin uzaqgörən liderliyi və Müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərini yaxından izləyirik. Şuşaya gələrkən bu işləri gördük və siz də gördünüz. Fasiləsiz iş görülür, infrastruktur sahəsində intensiv iş aparılır. Bir tərəfdən yollar salınır, bir tərəfdən enerji stansiyaları açılır, bir tərəfdən yüksəkgərginlikli xətlər çəkilir. Bütün bunlarla yanaşı, susuz olan bu bölgə suya qovuşur. Bu işlər hazırda fasiləsiz davam edir. İnşallah, ən qısa vaxtda bölgə hava limanına, hava limanlarına da qovuşacaq. Təkbətək görüşdə də əziz qardaşım bunları mənə xüsusilə danışdı.

Hava limanına, hava limanlarına da qovuşduqdan sonra buralara gəliş-gediş daha da artacaq və inanıram ki, bu bölgə o dövrdə turizmdə də ciddi bir sıçrayışı yaşayacaq.

Təbii ki, Qarabağ əvvəlki ehtişamına və öz kimliyinə qovuşacaq. Buna heç şübhəmiz yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış məntəqələrinin yenidən inkişaf etdiyi günləri yaxın vaxtlarda hamımız birlikdə görəcəyik", - deyə Türkiyə Dövlət başçısı qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin