"Azərbaycanda Qurtuluş Günüdür. Mən də xatırlayıram. 1993-cü ildə Azərbaycanın ümumilli lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Bununla da ölkənin stabil günləri başladı" deyən Arye Qut əlavə etdi ki, Heydər Əliyev Azərbaycanı çox çətin vəziyyətdə qəbul etdi:
"4 iyun hadisələrini (Sürət Hüseynov-Gəncə qiyamı) unutmaq olmaz. Sonradan Əbülfəz Elçibəyin hakimiyyəti qoyub Kələkiyə getməsi..."
MÖVZU İLƏ BAĞLI:
Şuşada Ərdoğan və İlham Əliyev mətbuat konfransı keçirirlər - CANLI
Bizim.Media ilə Milli Qurtuluş Günü haqqında dialoqda bunları deyən İsrailli politoloq Arye Qut fikirlərinin davamında "Allaha çox şükür ki, o zaman hakimiyyət məhz Heydər Əliyevin əlində oldu" sözlərini səsləndirdi. Ulu öndərin əvvəlcə Milli Məclis sədri, ardınca - oktyabrın 3-də xalq tərəfindən Prezident seçildiyini deyən Arye Qut həmin günləri maraqlı və çətin adlandırdı:
"Eyni zamanda, ermənilər Azərbaycanda olan bərbad situasiyadan istifadə edib Qarabağı zəbt etdilər. Buna baxmayaraq Heydər Əliyev heç vaxt yolundan dönmədi və inanırdı ki, bir gün biz Qurtuluş Gününü Şuşada, Ağdamda qeyd edəcəyik. Heç kim inana bilməzdi ki, bu gün tarixi Şuşa görüşü baş tutacaq, amma Azərbaycan Prezidenti Türkiyə liderini Şuşada qəbul etdi. Bu gün Şuşadakı təntənə Heydər Əliyevin imzasıdır.
Bu bir daha onu göstərir ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqının ürəyindədir, onun tarixindədir. Heydər Əliyevi böyük hörmət və ehtiramla təkcə Azərbaycanda yada salmırlar.
Dünyada olan Azərbaycan diasporu ölkənin tarixində Heydər Əliyevin rolunu hər zaman qeyd edir. Biz də bu böyük şəxsiyyətə ehtiramımızı bildirməyə çalışırıq. Allah Heydər Əliyevə rəhmət eləsin.
Onun 1993-cü ildə əsasını qoyduğu Azərbaycan dövləti bu gün həm geosiyasi, həm də geoiqtisadi baxımdan güclü Azərbaycana çevrildi"
Bizim.Media