“Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir” - İlham Əliyev

Hazırda oxunan: “Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir” - İlham Əliyev

24916

"Bu gün tarixi gündür. Türkiyə Prezidentini Qarabağ torpağında salamlayırıq. Əziz Qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. ".

Bizim.Media xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı söyləyib.

Dövlətimizin başçısı deyib ki, bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır:
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada tarixi sənəd imzalandı


“Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır”.

Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinə toxunan dövlət başçısı bildirib ki, Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin