“Ağdama 120-dən artıq diplomatla səfərimiz ailə fotomuzla başa çatdı”.
Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Tvitter” paylaşımında əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Xarici diplomatlar Ağdamda "Ağıllı kənd", "Ağıllı şəhər" layihələri ilə tanış oldular - FOTO
H. Hacıyev qeyd edib ki, diplomatik korpusla buradan bir neçə ildən sonra müasir, ağıllı Ağdam şəhərinə qayıdacaqlarını vəd edərək ayrılırlar:
“Arxamızdakı kran Ermənistanın 30 illik işğalı dövründə çevirdiyi xarabalığın, urbisidin və yara izlərinin aradan qaldırılmağa başlanılmasının əlamətidir”.
Bizim.Media
With family photo we ended our tour to Agdam w/120+ diplomatic corps with promise to return back to new, modern,smart city #Agdam in few years later. Crane behind us is sign of already started transformation against ruins/urbicide and scars of Armenia's 30 years long occupation. pic.twitter.com/WBHBpB9L7v
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 13, 2021