“Düşmənçiliyi biz başlatmadıq”- Həsən Ruhani

Hazırda oxunan: “Düşmənçiliyi biz başlatmadıq”- Həsən Ruhani

2459

“Amerika Birləşmiş Ştatlarında vəzifəsi sona çatan hökumətin beynəlxalq siyasəti bilmədiy üçün ekstremistlərin fikirlərini İsraildə tətbiq etdi".

"Bizim əsas siyasətimiz dünya ilə konstruktiv münasibətlərdir. Biz inqilabdan sonra düşmənçiliyə başlayan tərəf biz deyildik".

"ABŞ ilə münasibətlərimizi pozmadıq və düşmənçiliyi başlatmadıq. Onların müdaxiləçi bir siyasət yürütməyinə baxmayaraq  ABŞ ilə münasibətlərimizi kəsmədik”.

Bizim.Media xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Tehranda keçirilən Nazirlər kabinetinin iclasından sonra Amerikada Co Baydenin qazandığı prezident seçkiləri və İran-ABŞ əlaqələri haqqında danışarkən bildirib.

O, qeyd edib ki, Amerika siyasətini dəyişərsə şərtlər fərqli ola bilər:

“ABŞ mövcud siyasətindən imtina edərsə  şərtlər fərqli olacaq. İmamın (Xomeyni) illər əvvəl dediyi kimi, bütün ölkələrlə əlaqələr qurmaq istəyirik. ABŞ kişi olarsa onunla münasibət qurmaq istəyərdik".

"ABŞ siyasətimizə yaxınlaşsa yeni şərtlər ortaya çıxacaq, uzaqlaşsa məsafə daha da açılacaq. Ölkədəki proqramımızı ABŞ-ın iradəsinə bağlamayacağıq. Öz prinsiplərimizə uyğun davranaraq davam edəcəyik. Əgər onlar bizə doğru addım atmaq istəsələr yol açıqdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin