Rusiya XİN Azərbaycanın 15 erməni hərbçini qarşı tərəfə qaytarmasını alqışladı

Hazırda oxunan: Rusiya XİN Azərbaycanın 15 erməni hərbçini qarşı tərəfə qaytarmasını alqışladı

24576

"Azərbaycan 15 erməni hərbçini minalanmış ərazilərin xəritələri müqabilində Ermənistana təhvil verib. Çoxdan gözlənilən və möhtəşəm bir xəbər. Tərəflərin bu cür adımlarını alqışlayırıq".

Bizim.Media xəbər verir ki, bunu  Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında bildirib.

Qeyd edək ki, bu gün - 2021-ci il 12 iyun tarixində Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin