Ermənistandan bizə ANONSLAR gəlir – İyunun 20-dən sonraya NƏ VƏD EDİRLƏR?

Hazırda oxunan: Ermənistandan bizə ANONSLAR gəlir – İyunun 20-dən sonraya NƏ VƏD EDİRLƏR?

24533

“Əslində Rusiya Paşinyan seçiləndən onu qəbul etmirdi. Ancaq onlar bir müddətdən sonra onu qəbul etmək məcburiyyətində qaldılar. Paşinyan da 44 günlük müharibədən sonra anladı ki, Rusiyaya arxa çevirməyin cəzası ağır olur”.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan-Bayden görüşündə erməniləri qorxudan MƏQAMLAR


Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev hazırda Rusiyanın seçkilərdə Ermənistanın keçmiş prezidenti və “Hayastan” blokunun lideri Robert Köçəryanı dəstəkləməsi haqqında yayılan xəbərlərə münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, Rusiya üçün Qafqazda öz nüfuzunu qorumaq ən vacib məsələdir. Buna alət Paşinyan və ya Koçaryan olacaq, bu, Moskvanı maraqlandırmır. 
 

“Hazırda Qafqaz bir növ Rusiyanın əlindən çıxmaq üzrədir. Çünki Türkiyənin Qafqazda yürütdüyü siyasət çox uğurludur. Gürcüstan da artıq Rusiyadan imtina edir. Ona görə Rusiya Ermənistanda keçiriləcək seçkilərdə üç istiqamətdə parlamenti ələ almaq istəyir.


Onlar həm Köçəryan və Sarkisyan duetini dəstəkləyir, həm də Ara Abramyanı maliyyələşdirir. Nəzərə alsaq ki, Paşinyanın yeganə, gizli olsa da, Ter Petrasyan və Ermənistanın özü müdafiə edir. Təbii ki, hazırda ruspərəst qüvvələrin əsas məqsədi parlamentdə səs çoxluğu toplayıb, qanuni yolla Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır. Bunu çox yaxşı başa düşən Paşinyan isə seçkilərin saxtalaşdırılmasını qəbul etməyəcəyini elan edib. Çünki Ermənistanda Paşinyanın imkanları böyükdür. Bütün hallarda Ermənistanda ciddi hadisələrin olacağının anonsu gəlir və qarşıdurmalar qaçılmazdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin