“Əgər Paşinyana səs versəz...” – Ermənilərin seçki kampaniyasında Azərbaycanlılar - VİDEO

Hazırda oxunan: “Əgər Paşinyana səs versəz...” – Ermənilərin seçki kampaniyasında Azərbaycanlılar - VİDEO

24519

Ermənistanda seçkilər yaxınlaşdıqca ölkə daxilində hazırki hakimiyyətə qarşı təzyiqlər daha da artmağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu dəfə ölkənin baş nazir əvəzi Nikol Paşinyanın rəqibləri gülünc bir yola əl atıblar.

Onlar erməni xalqını Paşinyana səs verməkdən yayındırmaq üçün seçki kampaniyası çərçivəsində bir neçə video rolik hazırlayıblar.

Video çarx “Əgər Paşinyana səs versəniz ölkəni bu aqibət gözləyir” başlığı altında nümayiş etdirilib.

Birinci videoçarxda səsverməyə gələn şəxs Nikol Paşinyana aid olan seçki bülletenini baxıb erməni xalqının gələcək taleyi haqqında düşünür.

Bu zaman xəyalən Paşinyan seçildiyə təqdirdə Azərbaycanın Ermənistanı bütövlükdə zəbt etməsini və Azərbaycan yol polisinin ona qaydaları pozduğu üçün “Erməni gavuru” deyib, cərimə yazdığını görür. Bundan sonra gənc dərhal əlindəki bülleteni cırıb zibil qutusuna atır. Bununla o, Paşinyana səs verməkdən vaz keçir. 

Digər videoçarxda isə ovdan gələn balıqçıya Azərbaycan su polisinin kobud davranışı əks olunub.

Su polisi balıqçıya burada ov etməyin qadağan olduğunu bildirərək, onu kənara itələyib, ovunu əlindən alması göstərilir.

Sonuncu videogörüntüdə isə ermənilər daha çirkin vasitəyə əl atıblar.

Onlar azərbaycanlıları dini ayrıseçkilikdə günahlandırıblar. Videoda azərbaycanlıların erməni kilsəsini sökdükləri görüntülər əks olunub.

Bundan hiddətlənən erməni isə son ümidini silaha əl atmağın olduğunu düşüncəsinə gətirir.

Erməni milliyətçilərinin bu video çarxlar vasitəsiylə bir güllə ilə iki quşu vurmaq niyyətləri var. Onlar bu təbliğatla həm Paşinyanı oyundan kənarlaşdırmaq, həm də ermənilərin azərbaycanlılara qarşı nifrətlərini daha da alovlandırmaq məqsədin güdürlər. 

Vüsalə Balayeva, Bizim.Media
 


 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin