Ermənistan Xəzər dənizindən istifadə edəcək - Rusiyanın baş nazir müavinindən RƏSMİ

Hazırda oxunan: Ermənistan Xəzər dənizindən istifadə edəcək - Rusiyanın baş nazir müavinindən RƏSMİ

24417

“Hazırda Ermənistan ərazisindən Azərbaycanla Naxçıvanı birləşdiriləcək yolun açılışı məsələsinə baxılır. Bununla yanaşı Azərbaycan vasitəsilə Ermənistandan Rusiyaya hərəkət etmək də gündəmdədir”

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu müsahibəsində Rusiya Federasiyası hökumət sədrinin müavini Aleksey Overçuk açıqlayıb. Rusiyalı vəzifəlinin fikrincə, Azərbaycanın Xəzər dənizindəki limanlarından Ermənistanın istifadəsi də istisna deyil. 
 

MÖVZU İLƏ BAĞLI:

“20 iyunda Ermənistanda terror, çevriliş ola bilər” – Qərb İrəvanda kimi NƏZARƏTƏ GÖTÜRÜB?  


Overçukun sözlərinə görə, Cənubi Qafqazda nəqliyyat əlaqələri bərpa olunacaq, ticarətin həcmi artacaq. Bu isə hər iki dövlətin iqtisadiyyatına müsbət təsir göstərəcək.

Rusiya baş nazirinin müavini sadalananları üçtərəfli bəyanatın imzalanması ilə yaradılan işçi qrupların fəaliyyəti ilə əlaqələndirib:

“İlk gündən bəri həmkarlarımızla razılığa gəldik ki, hər şeyə sağlam məntiqlə yanaşasacağıq. Azərbaycanla Ermənistan əlaqələri çox çətindir. Çox adamlar böyük dərdlər çəkib, doğma torpaqları tərk etməli olublar, ən yaxınlarını itiriblər. Bu, hər zaman yaddaşlarda qalacaq. Amma bu gün insanların öz evlərinə qayıtması üçün yaraları sağaltmaq lazımdır. Sülhlü gələcək üçün azərbaycanlılarla ermənilər birgə yaşamağı, bir yerdə işləməyi öyrənməlidirlər.
 

Bundan başqa, Ermənistan Xəzər dənizindəki Azərbaycan limanlarından istifadə etmək fürsəti də qazanacaq ki, bununla da İrəvan Mərkəzi Asiyaya asan yolla yük daşıya və oradan mal idxal edə bilər. 


Ermənistanın blokadadan çıxarılması da müzakirə mövzusudur. Bunlar reallaşsa, İrəvan həm Qara dəniz, həm də Xəzər dənizinə çıxış imkanı əldə edəcək”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin