Səlahiyyət müddəti başa çatan UNICEF-in Azərbaycandakı rəhbərindən SƏMİMİ VİDA MƏKTUBU 

Hazırda oxunan: Səlahiyyət müddəti başa çatan UNICEF-in Azərbaycandakı rəhbərindən SƏMİMİ VİDA MƏKTUBU 

24358

BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinin səlahiyyət müddəti başa çatıb.

Bizim.Media xəbər verir ki, bunu o, feysbuk səhifəsində yazıb.

E.Karvardin 5 il ərazində Azərbaycanda xidmət etməkdən şərəf və qürur hissi duyduğunu ifadə edib. O, bu gün Bakıda son iş gününün olduğunu bildirib:

“2016-cı ildən bəri mənim evim olan bu ölkədəki son günlərimdən həzz almaq və burdakı fəaliyyət müddətimə rəng qatmış çoxsaylı insanlarla vidalaşmaq üçün daha bir neçə həftə Azərbaycanda qalacağam. Burdakı işlərimi yekunlaşdırmağa hazırlaşarkən, daha da əmin oluram ki, bu millətin gələcəyini Azərbaycanın ən böyük sərvəti olan və sərmayə qoya biləcəyimiz ən vacib istiqaməti təşkil edən uşaqlar formalaşdıracaq və həll edəcək. Bir daha mehribanlığınız üçün hamınıza təşəkkür edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin