"Bu elə bir məsələdir ki, ölkə daxili ilə yanaşı, həm də ölkə xaricində görülməlidir”

Hazırda oxunan: "Bu elə bir məsələdir ki, ölkə daxili ilə yanaşı, həm də ölkə xaricində görülməlidir”

242888
10 gündən sonra Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü qeyd olunacaq.xa0

Dövlət müstqilliyimizin təbliği, möhkmlənməsi üçün incəsənət və mədəniyyət sahəsində yetərincə addım atılıbmı? Müstəqilliyimizin necə, hansı məhrumiyyət və fədakarlıqlar hesabına əldə edilməsini əks etdirən teatr tamaşalarının, filmlərin hazırlanması nə dərəcədə zəruridir?

Moderator.az-a açıqlama verən xalq artisti Nurəddin Mehdixanlı bu sahədə mütəmadi surətdə ciddi addımlar atmağın vacib olduğunu söylədi:

“Bu kimi işlər daim görülməlidir. Bunun zəruriliyinə, əhəmiyyətinə şübhə yoxdur. Bu, olduqca vacib olan bir məsələdir. Bu yöndə atılan addımlar Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən, xidmət edəcək addımlardır.xa0
Bu, həm də ölkəmizin dünyada tanınması baxımından da faydalı olan bir işdir. Azərbaycan bundan istifadə edib Qarabağla bağlı haqq səsini də ucaltmaq imkanı əldə edir. Necə ki, AXC-nin yardılmasının 100 illiyi ilə bağlı addımlar çərçivəsində sənədli-bədii filmlər çəkildi. Bu filmlərin çox böyük faydası oldu.xa0
Doğrudur, bu sahədə müəyyən tamaşalar, televiziya verilişləri var. Amma hər şey azdır. Bu, elə bir məsələdir ki, burada hər gün, hər saat iş görülməlidir. Bu işlər ölkə daxili ilə yanaşı, həm də ölkə xaricində görülməlidir”.

Seymur ƏLİYEV
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin