Məşhur bloggerdən ermənilərə SƏRT SÖZLƏR: “Qoy, Moskvadakı “Qələbə muzeyi”nə baxsınlar” - FOTO

Hazırda oxunan: Məşhur bloggerdən ermənilərə SƏRT SÖZLƏR: “Qoy, Moskvadakı “Qələbə muzeyi”nə baxsınlar” - FOTO

24248

“Deməli, Solovyovun verilişində biri tumanını çəkirdi başına, biri saçını yolurdu, biri isə lezvalayırdı özünü ki, bəs Bakıda Qələbə muzeyi açılıb, dünyanın heç yerində belə şey yoxdur, ermənilərin hisslərinə toxunublar, filan”.

Bizim.Media xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı, bloger Azər Qərib Facebook səhifəsində yazıb. O, bildirib ki, ermənilərin Bakıda Hərbi Qənimətlər Parkının açılması ilə əlaqədar bütün dünyaya Azərbaycan xalqını varvar kimi göstərmək cəhdləri boşdur. Çünki dünyanın bir çox ölkələrində bu cür muzeylər fəaliyyət göstərir.

“Əvvəla, əgər kimsə hisslərinin toxunulmaz qalmasını istəyirsə, qaxılsın otursun öz ərazisində, digərinin torpağına göz dikməsin.
 

İkincisi isə, əgər kurqinyanlar-baqdasarovlar-miqranyanlar-simonyanlar ksenofob çıxışlarından ayrılıb vətəndaş olduğları ölkənin paytaxtına nəzər salsaydılar, Moskvanın Qələbə parkı və orada yerləşən Qələbə muzeyi diqqətlərindən qaçmazdı”.


Aparıcı Moskvada yerləşən Böyük Vətən müharibəsinə həsr olunan “Qələbə muzeyi”ni ziyarət etdikdən sonra hisslərini izləyiciləri ilə bu sözlərlə bölüşüb.

“Tənbəllik etmədim, getdim bu muzeyə, keçdim 15 dollarımdan və seyr etdim. Düşməni də lənətləyirlər, manekenlər də düzəldiblər, əzəmətli və ucu-bucağı olmayan park da salıblar. 

Ona görə getdim ki, onların yalanını göstərim və söz verirəm ki, digər ölkələrdə də gedəcəm, çəkəcəm, sizə göstərəcəm.

Bəli, hər bir ölkənin hüququdur, daha doğrusu borcudur ki, gələcək nəsillərin vətənpərvər formalaşması üçün belə muzeylər yaratsın. 

Odur ki, it hürər, karvan gedər...” – deyə bloger fikirlərini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin