Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli xanım Mehriban Arif qızı.
Bütün müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Qoy Ulu Tanrı bu müqəddəs ayda gördüyümüz bütün xeyirxah işləri qəbul etsin, mübarək bayram hüzur və xoşbəxtliyimizi artırsın.
Bəşəriyyəti şəfqət və mərhəmətə aparan, yüksək dəyərlərin təcəssümü olan bu bayram hər bir evə səadət və ruzi-bərəkət gətirsin, qardaş xalqlarımıza isə sülh və əmin-amanlıq bəxş etsin.
Hörmətli Mehriban xanım, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, ailə səadəti, rifah və uğurlar arzulayıram”.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
20:14 / 03.04.2025
Qırğız Respublikasının birinci xanımı Mehriban Əliyevaya MƏKTUB ÜNVANLADI
Hazırda oxunan: Qırğız Respublikasının birinci xanımı Mehriban Əliyevaya MƏKTUB ÜNVANLADI
Hazırda oxunan: Qırğız Respublikasının birinci xanımı Mehriban Əliyevaya MƏKTUB ÜNVANLADI
242280
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.