Baş nazirin müavini Şahin Mustafayev bu gün ölkəmizdə səfərdə olan İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin həm Azərbaycanla İran arasında, həm də bütün regionda yeni əməkdaşlıq imkanlarının açdığı qeyd olunub. Həmçinin, Azərbaycan-İran sərhədinin tam bərpa olunmasının iki ölkə arasında yeni layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminlik ifadə edilib.
Görüşün sonunda Astaraçay üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm komponenti olan körpü, avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcminin, eyni zamanda, dövlət sərhədində buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artmasına şərait yaradacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:47 / 09.06.2021
Azərbaycanla İran arasında yeni memorandum imzalandı - FOTO
Hazırda oxunan: Azərbaycanla İran arasında yeni memorandum imzalandı - FOTO
Hazırda oxunan: Azərbaycanla İran arasında yeni memorandum imzalandı - FOTO
24181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.