Zəngəzur dəhlizi açılmasa, müharibə yenidən başlayacaq - “Bu, erməni məsələsi deyil”

Hazırda oxunan: Zəngəzur dəhlizi açılmasa, müharibə yenidən başlayacaq - “Bu, erməni məsələsi deyil”

24142

“Zəngəzur dəhlizi erməni məsələsi deyil. Bu dəhlizə Rusiya nəzarət etməlidir. Əgər bu dəhliz açılmasa, Rusiyanın missiyası tamamilə uğursuzluğa düçar olar və Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxılmasını gündəmə gətirə bilər”. 

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında bildirib.

O, qeyd edib ki, Rusiya bu məsələ ilə bağlı təminat verib: “Biz Rusiya sülhməramlılarına deməmişik ki, gəlib Laçın dəhlizində ermənilərin təhlükəsiz gediş-gəlişini komfort şəkildə təmin etsinlər.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı GİZLİ PLANLARI


Laçın dəhlizi ilə paralel Zəngəzur dəhlizi məsələsini də qoymuşuq və buna əməl edilməməsi bölgədə üçtərəfli razılaşmadan irəli gələn prosesi dayandıra bilər. Rusiya da bunda maraqlı deyil.

Nəzərə alın ki, Rusiya problemi həll edə bilmədiyini ortaya qoysa, regiona digər ölkələrin müdaxilə imkanları genişlənəcək. Bu halda Fransa, ABŞ və digər ölkələr boy göstərəcək. Rusiya da istəmir ki, burada başqa bir tənzimləyici güc ortaya çıxsın.

Odur ki, Rusiyanın bu məsələdə bizimlə üst-üstə düşən maraqları var. Bu maraqların daha çox Rusiya üzərindən təmin olunmasına çalışırıq.

Fikrimcə, bu da doğru yanaşmadır. Çünki bizim İrəvanla birbaşa dialoqumuz yoxdur. Ermənistan cəmiyyətində özbaşınalıq, hakimiyyətsizlik hökm sürür.

Bu mərhələdə orada kiminsə öz üzərinə məsuliyyət götürməsi çətin məsələdir. Seçkilərdən sonrakı dövrdə Ermənistanda kimsə üzərinə məsuliyyət götürməli və müqavilə şərtlərini həyata keçirməlidir. İndiki erməni iqtidarı üçtərəfli sazişi dövlətin adından imzalayıb. Əgər seçkidən sonrakı mərhələdə qəti addımlar atılmasa, Azərbaycan öz cəza tədbirlərini ortaya qoymalıdır”.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin